Dünya
“Şərqi Anadolu Türkiyənin əlindən çıxacaq…” - VİDEO
Türkiyə ilə məsələsini həll etmək lazımdır. Özü də bunu başqalarının əli ilə etmək lazımdır. Ermənilər türklərə nifrət edir. Əgər biz ermənilərə onların qərb vilayətlərini azad etməyə icazə versək, onlar bunu, məmnuniyyətlə, edəcəklər. Ermənilər bunu 1918-ci ildə də edərdilər. Lakin Moskva o zaman ermənilərə kömək etmədi. Rusiya o zaman Türkiyənin tərəfinə keçdi.
Publika.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu sensasion bəyanatla LDPR lideri Vladimir Jirinovski çıxış edib.
V.Jirinovski "Rossiya-1" telekanalının efirində ("Vladimir Solovyovla bu axşam") yayımlanan teledebat zamanı Türkiyədə "kürd kartı"nı işə salmağın mümkünlüyünə də eyham vurub.
"Kürdlər bizdən kömək gözləyir. Əgər biz kürdlərə onların müstəqilliyini tanıyacağımızı desək, Şərqi Anadolu da Türkiyənin əlindən çıxacaq. Kürdlərin sayı isə az deyil. 20 milyon nəfərdirlər. Onların artıq paytaxtı da bəllidir. Bu, Diyarbəkir şəhəridir. Əgər bunları etsək, biz son nəticədə müstəqil Kürdüstan və "Böyük Ermənistan" qazanmış olacağıq", - deyə V.Jirinovski bildirib.
Xatırladaq ki, rusiyalı siyasətçi V.Jirinovski "Kremlin baş ruporu" kimi məşhurlaşıb. Rusiya hakimiyyətinin rəsmi şəkildə və açıq mətnlə deyə bilmədiklərini adətən LDPR lideri dilə gətirir.
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?