Rusiya, Türkiyə və dünyanın qaz müharibəsi
Bizi izləyin

Nida.az

Rusiya, Türkiyə və dünyanın qaz müharibəsi

Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurmasının neft bazarı ilə yanaşı, qaz bazarına da real təsiri var.

Publika.az
xəbər verir ki, “Bloomberg” nəşri Rusiya-Türkiyə qarşıdurmasının qaz bazarına təsirini araşdırıb.

Nəşr yazır ki, Türkiyə Almaniyadan sonra Rusiya qazının ikinci ən böyük idxalçısıdır: “Son 10 il ərzində Türkiyə “Qazprom”dan qaz idxalının həcmini ikiqat artırdı. Rusiya Türkiyənin qaza olan ehtiyacının 57 faizini təmin edir. Bundan başqa, Türkiyə Avropa və Asiya arasında əsas tranzit nöqtəsidir və bu ölkə ərazisindən bir neçə qaz kəmərinin keçməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayında “Cənub axını” layihəsindən imtina edən Rusiya “Türk axını”nı irəli sürdü. Hansı ki, bu layihə Ukraynadan ötürülən qazın bütün həcmini öz üzərinə götürəcək. Lakin Suriya münaqişəsinə görə gərginləşən Rusiya-Ttürkiyə münasibətləri öz növbəsində qaz bazarını da vurur”.

Nəşr qeyd edir ki, növbəti onillikdə Türkiyənin illik qaz ehtiyacı arta və təxminən 2,3 trilyon kubmetr ola bilər. Oksford İnstitutunun araşdırmasında da bu fakt təsdiqini tapır.

“Türkiyə üçün Rusiyadan başqa qaz mənbəyi həm Azərbaycandır. Artıq Azərbaycan qazı üçün kəmərin tikintisinə start verilib”, - deyə məqalədə bildirilir.

Edward Chow strateji və beynəlxalq tədqiqatlar mərkəzi də qeyd edir ki, Türkiyə Azərbaycan qazı ilə birlikdə İraq və İran qazını alaraq, qaz təchizatçılarının potensial siyahısı genişləndirə bilər.

Amerikalı professorlar Mitchell A. Orensteyn və Corc Romerin “Foreign Affairs”də dərc olunan məqaləsində bildirilir ki, Rusiya Türkmənistan kimi Avropa bazarına çıxmağa can atan Asiya təchizatçılarını da bloklamağa cəhd edir.

Bu nöqteyi-nəzərdən görünür ki, Rusiya Suriya münaqişəsinə məhz istənilən boru kəmərlərinin tikintisini bloklamaq üçün qarışıb. Hansı ki, Qətər kimi Yaxın Şərq dövlətlərinin qaz resursları Türkiyə vasitəsilə Avropaya çıxarıla bilər”, - deyə “Foreign Affairs”də dərc olunan məqalədə bildirilir.

“Bloomberg” yazır ki, dünya bazarında enerji resursları Rusiyanın güclü təzyiqi altındadır: “Qərbi Avropa ölkələri mayeləşdirilmiş qazı əldə etmək üçün terminallar inşa etdi və bununla “Qazprom”a qarşı immunitet əldə etmək niyyətindədirlər. Neft bazarında da vəziyyət kirtikdir. Xüsusilə Səudiyyə Ərəbistanının Baltikyanı ölkələrə neft satmağına başlamasından sonra vəziyyət daha da gərginləşib. Çünki Rusiya buranı öz bazarı hesab edir. Məhz bu prosesdən sonra enerji resurslarında qimyətlərin enməsi sürətləndi”.

Nəşr hesab edir ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından iki nəticə çıxarmaq mümkündür.

Birincisi, Suriya Rusiya kimi neft və qaz bazarlarında öz mövqelərini saxlamağa çalışan ölkələrin mübarizə apardığı cəbhələrdən yalnız biridir. Məhz təyyarələrin vurulması kimi olaylar enerji bazarlarına təsir etməyə hesablanan geosiyasi oyunlardır. İkincisi, Rusiya qazından asılı olan Türkiyənin enerji resurslarının təchizatından diversifikasiya etmək ehtiyacı haqda bir xatırlatmaqdır. Bu, SPQ (mayeləşdirilmiş qaz – red.) sənayesi üçün yaxşı xəbər olmalıdır”, - deyə “Bloomberg” qeyd edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm