Siqaret damağında partladı
Bizi izləyin

Hadisə

Siqaret damağında partladı

ABŞ-da yaşayan 29 yaşlı Cordero Çaplesin siqaret vərdişindən xilas olmaq istəyi onu xəstəxanalıq edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, siqaret asılılığından xilas olmaq istəyən gənc elektron siqaretdən istifadə etməyə başlayıb. Elektron siqaret isə qəfil partlayıb. Partlama nəticəsində Çaplesin boynu qırılıb, ön dişləri və dodağı parçalanıb.

Xəstəxanaya yerləşdirilən C.Çaples əməliyyat edilib. Həkimlər onun ölümdən döndüyünü və vəziyyətinin ağır olduğunu deyiblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm