Alla Puqaçova erotik film təqdimatında
Bizi izləyin

Magazin2

Alla Puqaçova erotik film təqdimatında

Rusiyalı rejissor Boris Qraçevskinin yeni filmi izləyiciləri şoka salıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə “Notlar arasında və ya tantrik simfoniya” adlı filmin təqdimat mərasiminə qatılıb.

Rejissor ekran işi ilə filmi izləməyə gələnləri şoka salıb. Belə ki, “Yeralaş” adlı çoxseriyalı uşaq filminin rejissorundan erotik film gözləmək heç kimin ağlına gəlməyib. Filmdə həm çılpaq qadın, həm də kişi görmək mümkündür.

Yaşıötmüş bəstəkarla kəndli qızın sevgisindən bəhs edən bu erotik filmi izləyənlər arasında olan Puqaçova üçün mahnısını eşidəndə ikiqat şok keçirib. O, filmdə mahnısının səslənəcəyinə icazə versə də, onu özünün deyil, keçmiş həyat yoldaşı Filip Kirkorovun ifasında eşidəcəyini ağlına da gətirməyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm