Xocalıya həsr olunan film festivalda
Bizi izləyin

Magazin1

Xocalıya həsr olunan film festivalda

Dekabrın 3-ü litvalı prodüser Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin təqdimat mərasimi olacaq.

Publika.az xəbər verir ki, premyera İspaniyanın Barselona şəhərindəki “Girona” kinoteatrında keçiriləcək. Xocalı qətliamından bəhs edən film İnsan Hüquqları Film Festivalının proqramı çərçivəsində nümayiş olunacaq. Festival sabah başlayır və dekabrın 10-dək Kataloniyanın paytaxtı Barselonada keçiriləcək.

Bu il festivalda Barselona Film Festivalı üçün seçilmiş filmlər arasında Fələstin, İraq, İsrail, Almaniya, İngiltərə, İordaniya, Estoniya, Türkiyə, Serbiya, İtaliya, Kanada, Rusiya, Danimarka, ABŞ, Polşa, Livan, Moldova, Mərakeş, Suriya, Argentina və digər ölkələrin kinematoqrafçılarının əsərləri yer alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm