Rusiyalı hərbi ekspert: “Ərdoğan bircə raketlə Rusiyanı...”
Bizi izləyin

Dünya

Rusiyalı hərbi ekspert: “Ərdoğan bircə raketlə Rusiyanı...”

“Türkiyə Rusiyanı üçüncü dünya ölkələrinin dərəcəsinə endirdi”.

Publika.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində rusiyalı hərbi müxbir Arkadi Babçenko yazıb.

“Bu nə vaxtsa olmalı idi. Moskva hərbi təyyarəsinin vurulmasına, faktiki olaraq müharibə elanına rusiyalı turistlərə Türkiyədə dincəlməyi qadağan etməklə və toyuq ətinin idxalını dayandırmaqla cavab verdi. Yemək və istirahət: budur super energetika dövlətinin geosiyasi təsir alətləri”, - hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, eyni cavabı Amerikanın verəcəyini gözləmək sadəlöhvlük olardı: “Təsəvvür etmək çətindir ki, Türkiyə Amerikanın hərbi təyyarəsini vurur və Birləşmiş Ştatlar cavab olaraq toyuq ətinin idxalını qadağan edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir raketlə Rusiyanı “Üçüncü dünyanın ölkələri” bölməsinə göndərdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm