Qoroskop
Astroloji proqnoz - 26 noyabr
Qoç - həm uğurlu, həm də maraqlı gündür.
Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz
gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki, heç nə
etməyə ehtiyac yoxdur: həyat, onsuz da, sizə rifah gətirəcək.
Sizin şən və nikbin ovqıtınız mənfi xarici təsirlərdən qoruyan
qalxana çevriləcək. Bir çox Qoçlar bu gün sərfəli sövdələşmələrə
gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Buğa - Peşə sahəsindəki fikir ayrılıqlarına
sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir
hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr
olmadan ürəklə mübahisə etmək olar.
Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona
görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin
olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin
olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı
istifadə edə bilərlər.
Əkizlər - yeni şeyləri o qədər tez öyrənirsiniz
ki, artıq günün ortasında hansısa sahədə professor ola bilərsiniz.
Əlbəttə, bu, mübaliğədir, amma bir az. Gün istənilən iş üçün
münasibdir. Bu işlərdə yaradıcılıq nə qədər çox olsa, bir o qədər
yaxşıdır. Yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq olar. İlk
uğurları çox gözləmək lazım gəlməyəcək.
İxtiraçılığı təkcə işdə yox, həm də şəxsi münasibətlərdə nümayiş
etdirəcəksiniz. Bu, yəqin ki, yeni təəssürat çatışmazlığı hiss edən
yaxınlarınızı sevindirəcək. Gün ailə əlaqələrinin
möhkəmləndirilməsi üçün əlverişlidir.
Xərçəng - ulduzlar sizin küçədə bayram vəd
edir. Bəxtiniz gətirəcək. Ağlınıza belə gətirmədiyiniz görüşlər,
təkliflər və təsadüflər mümkündür. Şansınızı əldən verməyin,
qətiyyətli olun və seçdiyiniz yoldan sapmayın. Yadda saxlayın: nə
qədər çox inad göstərsəniz, nəticə bir o qədər yaxşı olacaq.
Həm şəxsi, həm də iş görüşləri məhz istədiyiniz kimi keçəcək. Bu
gün istənilən məclisə ilham verməyə, təsadüfi tanışın ürəyini
qazanmağa, ürəklərin buzunu əritməyə qadirsiniz. Münasib məqamdan
arzularınızı həyata keçirmək üçün istifadə edin.
Şir - diqqət cəmləşdirməyi tələb etməyən
müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə
kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz,
məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də
fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama
doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı
olmayacaq.
Əyləncə və istirahətlə bağlı maraqlı təkliflər alacaqsınız.
Darıxmaq lazım gəlməyəcək. Görüşlər romantiklikdən daha çox şən
keçəcək. Amma yəqin ki, bu, sizi məyus etməyəcək.
Qız - yalnız xırda xoşagəlməzliklər və
gözlənilməz təsadüflər ola bilər. Ən əsası, gün istədiyiniz kimi
keçməsə belə, əl-qolunuzu soyutmamaqdır. Bu gün həyasızlıq yox,
inadkarlıq nəticə verəcək.
Yaxınınız həvəslə sizin həm çətinliklərinizi, həm də sevincinizi
bölüşəcək. Şəxsi problemlər gözlədiyinizdən də asanlıqla həll
olunacaq. Çox şeyə aydınlıq gələcək, xeyli vaxtdır sizi narahat
edən sualların cavabını tapmaq şansı var.
Tərəzi - istənilən iş üçün münasib olan neytral gündür. Sadəcə olaraq, bu işə ağılla girişmək lazımdır. Məqsədə çatmaq üçün hansısa yeni üsulları sınamaq olar: yəqin ki, onlar köhnələrdən maraqlı olacaqlar. Görüşləri günün ikinci yarısına təyin etmək məsləhət görülür. Çünki bu vaxt sizin üçün inandırıcı və əsaslı danışmaq daha asan olacaq.
Bəzən yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Amma yumor hissi və anadangəlmə mehribanlıq sizə incikliklərə imkan verməməkdə kömək edəcək. Uşaqlarla dil tapmaq asan olacaq.
Əqrəb - birmənalı olmayan və dolaşıq vəziyyət
yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq.
Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil emək və
düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar
müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini
yaxşı mənada göstərəcəklər.
Siz həm yeni ideyalar, həm də yeni adamlara asanlıqla məftun olur,
başınızı itirir və ehtiyatı unudursunuz. Düşünülməmiş addımlar
mümkündür. Bəzi Əqrəblər yaxın adamlarına verdikləri vədləri
emosiyaların təsiri altında unuda bilərlər.
Oxatan - Tikinti işlərinə başlamaq, ölkədə və
ya xaricdə daşınmaz əmlak almaq üçün münasib gündür. Bütün "hə" və
"yox"ları götür-qoy etsəniz, bu gün əldə edilən sövdələşmələr
faydalı olacaq.
İlk növbədə, şəxsi həyatda xoşbəxtliyə can atanlar üçün bu gün bir
qədər pis olacaq. Bu sahədə uğur əldə etmək çətindir. Ailədə fikir
ayrılıqları mümkündür.
Oğlaq - gün sürprizlər vəd etmir. Amma
hadisələrin inkişafı əlverişli olacaq. Şəraitə tez uyğunlaşa
biləcək, düzgün qərarlar qəbul edəcəksiniz. Bundan sonra yalnız
onları mümkün qədər tez həyata keçirmək qalır. Lazım olan anda
kömək almaqda çətinlik çəkməyəcəksiniz: həmkarlarınız və
dostlarınız yaxşı məsləhətlər verəcəklər.
Günün ikinci yarısı səhhətinizlə bağlı problemlər yarana bilər.
Artıq yükdən uzaq durmaq tövsiyə edilir. Kosmetika və parfümeriya
seçimində ehtiyatlı olun - allergiya ehtimalı yüksəkdir.
Dolça - çox şey barədə düşünmək lazım gələcək.
Problem və çətinliklər leysan kimi üstünüzə yağacaq. Düşünmək,
ətrafa boylanmaq üçün vaxtınız olsa, onların hamısının öhdəsindən
gələrsiniz. Amma təəssüf ki, vaxtınız, ümumiyyətlə, yoxdur. İşdə
münaqişələr mümkündür. Aydınlaşacaq ki, tam inanmağa öyrəşdiyiniz
adamlar da sizi başa düşmürlər.
Şəxsi xarakterli çətinliklər də yarana bilər. Münasibətləri
dəyişməyin vaxtıdır. Amma siz hansı istiqamətdə hərəkət etmək brədə
qərar qəbul edə bilmirsiniz.
Balıqlar - bu gün peşə sahəsindəki
çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir
ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis,
yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı
qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan
sonra hər şey yaxşılığa doğru dəyişəcək.
Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq
mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi
hislərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?