2050-ci ilədək külək, günəş və su enerjisindən istifadəyə keçiləcək
Bizi izləyin

Texnoloji

2050-ci ilədək külək, günəş və su enerjisindən istifadəyə keçiləcək

ABŞ-ın Stenford Universitetinin alimləri Kaliforniya Universitetindən olan həmkarlarının dəstəyi ilə 139 ölkənin enerji şəbəkə xəritəsini təhlil edərək 2050-ci ilədək əksər dövlətlərin bərpa olunan su, külək və günəş enerji mənbələrinə keçə bilməsi qənaətinə gəliblər.

Alimlərin fikrincə, ənənəvi enerji mənbələrindən (neft, qaz və kömür) istifadədən imtina ilə bağlı qərarın qəbulu sırf siyasi xarakter daşıyır.

Tədqiqatçıların hesablamalarına görə, ekoloji təmiz yanacaq növlərindən istifadə kifayət qədər ucuzdur və gələcəkdə bərpa olunan enerji mənbələri ucuzlaşmaqda davam edəcək. Belə ki, hazırda ABŞ-da külək enerjisindən hasil olunan hər kilovat-saatın qiyməti 3,5 sentdir. Eyni zamanda qaz qazanxanalarından əldə edilən hər kilovat-saat ölkəyə 8 sentə başa gəlir. Enerji hasilatı üzrə ekoloji təmiz müəssisələrin yaradılması 20 milyona yaxın insan üçün iş yeri açmağa imkan verəcək ki, bu da hazırda energetika sahəsində çalışanların sayından xeyli çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm