Boyu 205 sm, ayağının ölçüsü 49: bölgənin ən ucaboy sakini - VİDEO
Bizi izləyin

Bilgi.az

Boyu 205 sm, ayağının ölçüsü 49: bölgənin ən ucaboy sakini - VİDEO

Cənub bölgəsinin ən ucaboylu sakini Cəlilabad rayonundadır. Rayonun Babaxanlı kəndində yaşayan 37 yaşlı Şahlar Quliyevin boyunun uzunluğu 205 santimetr, geydiyi ayaqqabının ölçüsü 49-dur.

O, kiçik tutumlu avtomobilə belə sığmır. Deyir ki, 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb və bir neçə il ərzində isə boyunun uzunluğuna görə rayonun ən ucaboy sakini olub.

Şahlar Quliyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün o, geyim və ayaqqabı kimi ləvazimatları sifarişlə tikdirməyə məcbur olur. Çəkisi 120 kiloqram olan Şahlar Quliyevin bədən ölçüləri normadan böyük olsa da, heç də çoxlu yemək yeməyə o qədər də meylli deyil.

Bir neçə il əvvələ kimi peşəkar boksla məşğul olan Şahlar uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi də çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm