Bülənt Ərsoydan 10 saatlıq gözəllik marafonu – FOTOLAR
Bizi izləyin

Magazin2

Bülənt Ərsoydan 10 saatlıq gözəllik marafonu – FOTOLAR

Türkiyənin "diva" ləqəbli sənətçisi Bülənt Ərsoy dünən axşam gözəllik salonunda paparassilərin kameralarına tuş gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saçlarını düzəltdirmək üçün 15:00-da gözəllik salonuna gələn diva oradan saat 22:30-da çıxıb.

Prodüser Osmantan Erkırla görüşmək üçün hazırlaşan müğənninin saçları üzərində salon işçiləri əməlli-başlı tər töküb. Saç düzümü hazır olduqdan sonra diva bütün salon işçilərinə çoxlu bəxşiş paylayıb.

Bülənt Ərsoyun əynindəki 125 minlik dəbdəbəli şinşilla kürkü də diqqətdən yayınmayıb. Sənətçinin kürkü heyvan haqlarını müdafiə edən təşkilatların etirazına səbəb olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm