Avro-dollar qarşıdurması: yaşıl valyuta qırmızı xətti keçir
Bizi izləyin

Ekopublika.az

Avro-dollar qarşıdurması: yaşıl valyuta qırmızı xətti keçir

ABŞ Mərkəzi Bankı (FED) faiz artımına getməyi planlaşdırarkən, Avropa Mərkəzi Bankının (AMB) inflyasiyanı canlandırmaq üçün əlavə stimula gedəcəyinə dair artan gözləntilərlə dollar avro qarşısında 7 ayın ən yüksək səviyyəsinə çıxıb.


Publika.az “marja”ya istinadən bildirilir ki, gözləniləndən yaxşı gələn dayanıqlı mal sifarişləri və yeni mənzil satışları göstəriciləri ABŞ valyutasına dəyər qazandırıb. Güclü göstəricilər FED-in dekabr ayındakı toplantıda 2006-dan bəri ilk dəfə faiz artımı üçün zəmin hazırlayır. Faizlərin artırılması dolların daha da bahalaşması demək olacaqdır.


Yüksək faiz ABŞ valyutasını 19 ölkənin ortaq pul vahidi və avroya qarşı daha cazibədar hala gətirir.

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draghi aşağı inflyasiyayla mücadilə etmək üçün lazım olanın ediləcəyini bildirmişdi. AMB-nin əlavə təşviqi və atacağı addımlar dövriyyəyə əlavə avronun daxil olmasına gətirib çıxaracaq. Bu səbəbdən də avro ucuzlaşır.


Dollar avro qarşısında 1,0556 səviyyəsinə enərək 16 martda test edilən 1,0458 səviyyəsinə yaxınlaşıb. Bakı vaxtı ilə saat 7.00-da avro/dollar məzənnəsi 1,0618 dollar səviyyəsində olub.


Dollar yen qarşısında da 0,2% dəyər qazanıb və 122,72 yen olub.


Avropa Mərkəzi Bankının vitse-prezidenti Vitor Constansio “Bloomberg International”a inflyasiyanın çox aşağı olduğunu və AMB-nin qiymət sabitliyini təmin etmək istədiyini bildirib.


Müddətli müqavilə məlumatlarına görə, FED-in dekabr toplantısında faiz artımına getmə ehtimalı 74%-ə çıxıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm