Rusiyada helikopter qəzaya uğradı: 12 ölü
Bizi izləyin

Dünya

Rusiyada helikopter qəzaya uğradı: 12 ölü

Rusiyanın Krasnoyarsk diyarında Mİ-8 vertolyotu qəzaya uğrayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir nəqliyyat prokurorluğunun mətbuat katibi Oksana Qorbunov bildirib.

Qəza nəticəsində 12 nəfər həyatını itirib. Onlardan 9-u sərnişin, 3-ü isə ekipaj üzvləridir. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb edilib. Aviaqəzada yaralananlar xəstəxanalara çatdırılıb.

Vertolyotun “Turuxan” aviaşirkətinə məxsus olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm