“Azəristilik”dən donan məktəblərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Azəristilik”dən donan məktəblərlə bağlı AÇIQLAMA

Bu gün paytaxtda 120-yə qədər məktəbdə istilik problemi var. Buna səbəb “Azəriqaz” tərəfindən qazanxanalara qaz verilməməsidir.

Bunu Publika.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, “Azəriqaz” qazı verən kimi məktəblərə istilik veriləcək:

“Məktəblərə istiliyin verilməməsinin “Azəriqaz”dan asılıdır. Onlar nə zaman qazanxanalara qaz versələr, biz istiliyi verməyə başlacağıq. Həftənin sonuna qədər qazın verilişini bərpa edəcəklərinə söz vermişdilər. Bir sıra ərazilərə qaz verilsə də, paytaxtın xeyli hissəsində problem var. Əsasən, xırda qazanxanalara verilən qaz xətləri açılıb, lakin rayon istilik qazanxanaları qalıb. Həmin qazanxanalar təxminən 200-ə yaxın binanı, məktəb, bağça və səhiyyə müəssisələrini istiliklə təmin edir”- deyə R.Əliyev əlavə edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məktəblərdə istiliyin olmaması ilə bağlı problemləri araşdırırlar. Onun sözlərinə görə, nazirliyə bu mövzuda gələn tək-tək şikayətlər də araşdırılır.

Qeyd edək ki, noyabrın 15-dən “Azəristiliktəchizat” ASC qış rejiminə keçməli olsa da, hələ də paytaxtın bir çox ərazilərində yaşayış binaları kimi məktəblər, bağçalar və səhiyyə müəssisələrinə istilik verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm