Ərdoğan və Putin Parisdə görüşə bilər
Bizi izləyin

Dünya

Ərdoğan və Putin Parisdə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu gün Parisdə başlayacaq Qlobal İqlim Zirvəsində görüşə bilər.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Ərdoğan və Putinin rəsmi görüşü proqrama salınmasa da, liderlərin görüşü gözlənilir.

Beynəlxalq tədbirdə 147 dövlət və hökumət başçısının qatılması gözlənilir. Ərdoğan və Putinin görüşü baş tutacağı halda, bu, Rusiyanın SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra ölkələr arasında ilk rəsmi təmas olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm