Mətbuat: Rusiya Türkiyəyə bu gün müharibə elan edəcək!
Bizi izləyin

Nida.az

Mətbuat: Rusiya Türkiyəyə bu gün müharibə elan edəcək!

Moskva Türkiyə qırıcılarının rus təyyarəsini vurmasına cavab olaraq Ankaraya “iqtisadi müharibə” elan etmək niyyətindədir.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, artıq indidən Türkiyədən gələn malları müxtəlif bəhanələrlə Rusiyaya buraxmaqdan imtina edirlər. “Kommersant” qəzeti müxtəlif nazirliklərdəki mənbələrə istinadən iqtisadi embarqonun bu gün elan olunacağını yazır.

“RBK” qeyd edir ki, Türkiyə Rusiyanın həcminə görə beşinci ticari tərəfdaşıdır. Ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi 31 milyard dollar olub. Bu ilin 9 ayı ərzində mal dövriyyəsi 18,1 milyard təşkil edib. Bunun 3 milyard dolları Türkiyədən ixrac edilən bitki mənşəli mallar, tekstil və müxtəlif avadanlıqlardır. Bitki mənşəli malların böyük hissəsini sitrus meyvələri, pomidor və yağlar təşkil edir.

“Kommersant” qəzeti “Rosselxoznadzor”a istinadən Rusiyanın hələlik hansısa sanksiyalar və iqtisadi sahədə əməkdaşlığın dayanması barədə bəyanat vermədiyini yazır. Amma “ilk zəng” artıq çalınıb. Dekabrın 1-dən Türkiyədən quş ətinin idxalına məhdudiyyətlər qoyulacaq. Guya ki, Türkiyə şirkətləri baytarlıq tələblərinə cavab vermir. Və bu, rusların yadına indi düşüb.

Artıq gömrükdə biznesmenlərin problemləri başlayıb. Balıq idxalçıları bildirirlər ki, sərhəddən mallarını keçirə bilmirlər. Novorossiysk limanında da eyni hal yaşanır. Gömrükçülər heç bir izahat vermədən Türkiyədən gələn malları geri qaytarırlar.

Ayaqqabı mağazaları şəbəkəsinin sahibi Türkiyədən gətirdiyi ayaqqabı konteynerlərinin tam yoxlanışa göndərildiyini bildirib. Əvvəllər ancaq qismən yoxlanış olduğunu bildirən biznesmen tam yoxlanışın uzun vaxt apardığını və biznesinə zərbə vurduğunu deyib. Digər iri şirkətlərin nümayəndələri də artıq “iqtisadi müharibə”nin işartılarının özünü göstərdiyini bildirirlər. Rusiyanın ən böyük ərzaq riteylərindən birinin meneceri gömrükdə saxlanılan malların artıq xarab olduğunu bildirib. Nə qədər absurd olsa da, Rusiya öz biznesmenlərinə zərbə vurur. Çünki bir çox hallarda xarab olan məhsulların pulu ödənilib. Digər tərəfdən, biznesmenlər müqavilə şərtlərinə uyğun olaraq malları şəbəkələrə vaxtında yetişdirə bilmədiklərindən, təzminat ödəməyə məcbur olurlar.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən gətirilən malları digər ölkələrdən gətirilən mallarla əvəz etməyi təklif edir. Amma bu halda malların qiyməti də xeyli bahalaşacaq.

“Moskovski komsomolets” yazır ki, Türkiyəni vurmaq üçün zəif nöqtələr var. Amma Türkiyənin də tutarlı cavab verəcəyi gözlənilir və bu, Rusiyaya baha başa gələcək. Məsələn, enerji daşıyıcıları sahəsi. “Türk axını” layihəsinin üzərindən xətt çəkilməsi qaçılmazdır. Mərsindəki 20 milyard dollarlıq atom elektrik stansıyasının tikintisi də dayana bilər. Halbuki Moskva layihəyə artıq 3 milyard dollar sərmayə qoyub.

Enerji sahəsində layihələrinin ləğvi Ankaranı da çətin vəziyyətə salacaq. Çünki elektrik enerjisinin 44 faizi Rusiya və İrandan gələn qaz hesabına əldə olunur. İqtisadi müharibə qaz təchizatında müvəqqəti problemlər yaradacaq. Amma “Türk axını”nın ləğv edilməsi Rusiyanın milyardlarla dollar itirməsinə və yenidən Ukraynanın ayağına düşməsinə gətirib çıxaracaq. Türkiyə isə rus qazını Ukrayna üzərindən almaqda davam edəcək...

Kərim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm