Türkiyədə fövqəladə iclas: Ali Hərbi Şura toplanır
Bizi izləyin

Dünya

Türkiyədə fövqəladə iclas: Ali Hərbi Şura toplanır

Türkiyə Ali Hərbi Şurası bu gün baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələri Baş qərargahın binasında toplantı keçirəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda Baş qərargah başçısı, müdafiə naziri, quru qüvvələri, jandarm və donanma rəhbərləri iştirak edəcək.

Toplantıda daxili və xarici təhlükəsizlik mövzuları müzakirə ediləcək. Qəbul olunacaq qərarlar prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Toplantıda Suriyada baş verən hadisələr, o cümlədən Türkiyə ilə sərhəddə yerləşən türkman bölgəsinə edilən hücumlarla əlaqədar qərarların qəbul edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm