İdman
Avropa Liqasında 5-ci tur həyəcanı
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, 12 qrup üzrə 24 qarşılaşma baş tutacaq.
Əvvəlcə Belarusun "Dinamo" (Minsk), eləcə də Rusiyanın "Rubin" və "Krasnodar" komandaları meydana çıxacaq. C qrupunda 7 xala malik "Krasnodar"ın Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə ev oyunu 1 xalı olan "Qəbələ" üçün də böyük önəm kəsb edəcək. Bu görüşdə qonaqlar xal itirsələr, Azərbaycan təmsilçisinin Yunanıstanda PAOK-la görüşü heç bir önəm kəsb etməyəcək. Artıq 10 xalla növbəti mərhələyə vəsiqəni təmin etmiş "Borussiya" aparıcı futbolçularından Marko Roys, Pyer-Emerik Obameyanq və Şindzi Kaqavanı Krasnodara aparmayıb. Bu isə Rusiyadakı görüşdə ən azı heç-heçə olacağı ehtimalını artırır.
4 xalı olan "Qarabağ"ın yer aldığı J qrupunda isə 6 xala malik Fransa "Monako"su 4 xalla sonuncu pillədəki Belçika "Anderlext"ini qəbul edəcək. Qonaqlar uduzsa və artıq 7 xalı olan İngiltərə "Tottenhem"i Bakıdan xalla ayrılsa, son turda Ağdam komandası ilə keçirəcəyi ev oyununun nəticəsindən asılı olmayaraq, Azərbaycan və Belçika təmsilçiləri qrupda qalacaqlar.
Qeyd edək ki, hələlik "Borussiya"dan başqa Norveçin "Molde", İtaliyanın "Napoli" və Avstriyanın "Rapid" komandaları 1/16 finala vəsiqəni təmin edib. Türkiyə təmsilçilərindən 5 xala malik "Fənərbağça" "Molde"nin qonağı olacaq, 6 xala malik "Beşiktaş" isə "Skenderbeu"nu qəbul edəcək.
26 noyabr
A qrupu
00:05 Molde (Norveç) - Fənərbaxça (Türkiyə)
00:05 Seltik (Şotlandiya) - Ayaks (Hollandiya)
Molde – 10, Fənərbaxça – 5, Ayaks – 3, Seltik – 2.
B qrupu
20:00 Rubin (Rusiya) - Sion (İsveçrə)
00:05 Liverpul (İngiltərə) - Bordo (Fransa)
Sion – 8, Liverpul – 6, Bordo – 3, Rubin – 2.
C qrupu
20:00 Krasnodar (Rusiya) – Borussiya D (Almaniya)
00:05 PAOK (Yunanıstan) - Qəbələ (Azərbaycan)
Borussiya D – 10, Krasnodar – 7, PAOK – 3, Qəbələ - 1.
D qrupu
00:05 Brügge (Belçika) - Napoli (İtaliya)
00:05 Legiya (Polşa) - Midtyulland (Danimarka)
Napoli – 12, Midtyulland – 6, Brügge – 4, Legiya – 1.
E qrupu
20:00 Dinamo M (Belarus) – Viktoriya P (Çexiya)
00:05 Vilyarreal (İspaniya) - Rapid (Avstriya)
Rapid – 12, Vilyarreal – 9, Viktoriya P – 3, Dinamo Mn – 0.
F qrupu
00:05 Marsel (Fransa) - Qroningen (Hollandiya)
00:05 Braqa (Portuqaliya) - Slovan (Çexiya)
Braqa – 9, Slovan – 7, Marsel – 6, Qroningen – 1.
G qrupu
22:00 Latsio (İtaliya) - Dnepr (Ukrayna)
22:00 Rusenborq (Norveç) - Sent-Etyen (Fransa)
Latsio – 10, Sent-Etyen – 7, Dnepr – 4, Rusenborq – 1.
H qrupu
22:00 Beşiktaş (Türkiyə) - Skenderbeu (Albaniya)
22:00 Lokomotiv M (Rusiya) - Sportinq (Portuqaliya)
Lokomotiv – 8, Beşiktaş – 6, Sportinq – 4, Skenderbeu – 3.
İ qrupu
22:00 Belenenseş (Portuqaliya) - Lex (Polşa)
22:00 Bazel (İsveçrə) - Fiorentina (İtaliya)
Bazel – 9, Fiorentina – 6, Lex, Belenenseş – 4.
J qrupu
22:00 Qarabağ (Azərbaycan) - Tottenhem (İngiltərə)
22:00 Monako (Fransa) - Anderlext (Belçika)
Tottenhem – 7, Monako – 6, Qarabağ, Anderlext – 4.
K qrupu
22:00 Şalke (Almaniya) - APOEL (Kipr)
22:00 Sparta (Çexiya) - Asteras (Yunanıstan)
Şalke – 8, Sparta – 6, Asteras – 4, APOEL – 3.
L qrupu
22:00 Alkmaar (Hollandiya) - Partizan (Serbiya)
22:00 Auqsburq (Almaniya) - Atletik (İspaniya)
Atletik – 9, Auqsburq, Partizan – 6, Alkmaar – 3.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO