Türkmanlar strateji yüksəkliyi itirdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkmanlar strateji yüksəkliyi itirdi – SON DƏQİQƏ

Suriyadakı türkman gücləri Türkman dağındakı strateji bölgəni yenidən itirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə saatlarına qədər davam edən qarşıdurmalar nəticəsində strateji Kızıldağ təpəsi rejim güclərinin əlinə keçib.

Hazırda bölgədəki şiddətli döyüşlərin Kızıldağ təpəsi və Gimam kəndinin ətrafında davam etdiyi bildirilir. Suriya ordusunun qüvvələri Rusiya təyyarələrinin dəstəyi ilə qurudan irəliləməyə çalışır.

Bəşər Əsəd rejiminə bağlı güclər son 12 gün baş verən qarşıdurmalarda Türkman dağı və ətraf ərazilərdə əhəmiyyətli irəliləyişə nail olmuşdular. Ancaq rejim gücləri son iki gündə türkman güclərinin ciddi müqaviməti ilə qarşılaşaraq geri çəkilməyə məcbur olmuş, hətta ələ keçirdiyi Qızıldağ təpəsini türkman güclərinə təhvil verməli olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm