Nigar fransızları heyran edib – FOTO
Bizi izləyin

Art

Nigar fransızları heyran edib – FOTO

Parisin məşhur “Qran-Pale” sərgi salonunda təşkil olunmuş “Art Capital-2015” müasir incəsənət sərgisinə orada yaşayan azərbaycanlı rəssam Nigar Nərimanbəyova da dəvət alıb.

Publika.az xəbər verir ki, rəssamın “Bütün həyat teatrdır” silsiləsindən “Sevgi apofeozu” və “Nostalgiya” tablolarından ibarət kompozisiya diptixi “Art Capital-2015” sərgisində nümayiş olunur.

Həmyerlimizin əsərləri heyranlıqla qarşılanıb.

Delakrua, David, Enqri, Van Qoq, Qoqen kimi rəssamların əsərlərindən ilhamlandığını deyən azərbaycanlı rəssam “Qran-Pale”nin Böyük Payız Salonunda peşəkar münsiflərin seçdiyi əsərlərin sərgisində ölkəmizi təmsil edir.


Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın dekabr ayında Parisin mərkəzi qalereyasında sərgisinin açılışı gözlənilir.


Xatırladaq ki, hər il təşkil olunan “Art Capital-2015” sərgisi Fransız Rəssamları Cəmiyyəti, Müstəqil Rəssamlar Cəmiyyəti, Su Üzərində Rəsm və Rəssamlıq Salonu və Müqayisələr Salonu kimi 4 bölmədən ibarətdir.


Sərgiyə 40000-ə qədər ziyarətçinin qatılacağı gözlənilir.

Qeyd edək ki, Nigar Nərimanbəyova məşhur rəssam Toğrul Nərimanbəyovun qardaşı rəssam Vidadi Nərimanbəyovun qızıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm