Boks üzrə sabiq dünya çempionu güllələndi
Bizi izləyin

İdman

Boks üzrə sabiq dünya çempionu güllələndi

Yamayka boksçusu, 41 yaşlı keçmiş dünya çempionu O'Nil Bell Amerikanın Atlanta şəhərində (Corciya ştatı) naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Publika.az xəbər verir ki, idmançı qarət cəhdi zamanı öldürülüb. Bell və dostu şəhər avtobusundan düşən zaman iki naməlum şəxs onlara atəş açıb. Boksçu hadisə yerində ölüb, dostu yaralanaraq xəstəxanaya yerləşdirilib.

O'Nil Bell Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyası (WBC) versiyaları üzrə ağır çəki dərəcəsində dünya çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm