Türkman lider DANIŞDI: “Başımıza bomba yağır, vəziyyət gərgindir”
Bizi izləyin

Dünya

Türkman lider DANIŞDI: “Başımıza bomba yağır, vəziyyət gərgindir”

“Qızıldağ təpəsi yenidən rejim güclərinin əlinə keçib. Bildiyimiz kimi, bundan öncə Əsəd rejimi Rusiyanın dəstəyi ilə təpəni işğal etmişdi, amma bizim qəhrəman əsgərlərimiz dünən axşam saatlarında təpəni azad etmək üçün mətinliklə döyüşdülər və uğurlu oldu. Amma dünən axşamdan davam edən hücumlar nəticəsində təpə yenidən rejim güclərinin əlinə keçib”.


Bunu Publika.az-a açıqlamasında Suriya Türkman Məclisinin başqanı Abdurrahman Mustafa deyib.


Lakin o, bunun Türkman dağının, ümumilikdə Bayır Bucağın işğal olunması demək olmadığını bildirib: “Qızıldağ strateji bir təpədir, lakin buranın rejim güclərinin əlinə keçməsi, türkmanların məğlub olması demək deyil. Bizim qəhrəman gənclərimiz qanlarının son damlasına qədər döyüşürlər, şəhid olurlar, amma geri çəkilmirlər. Nəticədə qarşımızda dünyanın super güclərindən olan Rusiya və Əsəd var. Eyni zamanda, güclü hərbi texnikaya malik bir ordu ilə savaşırıq”.


A. Mustafa Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra türkmanlara qarşı hücumların daha da şiddətləndiyini diqqətə çatdırıb.


“Havadan, qurudan və dənizdən bombalayırlar. Durum kirtikdir. Rejim gücləri loqistik nöqtələri də vururlar. Qəhrəman oğullarımız sona qədər döyüşəcək, amma sonumuzu necə olacağını Allah bilir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm