Qırmızı.az
Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu ilin əvvəlindən indiyə qədər valideyn himayəsindən məhrum olan 500 uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.
Eyni zamanda, klinikada bu il ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Son 3 ay ərzində isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən Bakıda yerləşən "Duyğu" sosial reabilitasiyası ictimai birliyində və Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmolojı müayinələr keçirilib. Səfər zamanı 100 nəfərdən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.
Daha ətraflı məlumat üçün [email protected]
ünvanına müraciət edə bilərsiniz
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO