İlham Əliyev ISESKO-nun baş direktoruna orden verdi
Bizi izləyin

Nida.az

İlham Əliyev ISESKO-nun baş direktoruna orden verdi

Azərbaycan Prezidenti İlham Əliyev ISESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ISESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm