Büzməli və qat-qat ətəklər dəbdədir - FOTOLAR
Bizi izləyin

Dəb

Büzməli və qat-qat ətəklər dəbdədir - FOTOLAR

Kim deyib ki, paltarda qatlar və büzmələr çox olmamalıdır? Məsələn, Culiana Mur, Uillou Şilds və Rozi Xantinqton-Uaytli bunun tam əksini sübut ediblər. Modapərəst xanımlar gecə paltarı və tül pərdəni xatırladan ziyafət libaslarını geyinməkdən çəkinmirlər.

Culiana Mur “Alexander Mcqueen” moda evindən olan ağ büzməli və qat-qat paltarı ilə öyünə bilər. Rozi Xantinqton-Uaytli ilə Uillou Şildsin seçdiyi büzməli donlar isə “Marni” və “Gucci” moda evlərinə aiddir.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, əgər bu tərzdə don almağı fikirləşirsinizsə, o halda, bu sadə qaydanı yadda saxlamalı olacaqsınız. Belə ki, ayaqlarınız kökdürsə, uzun, büzməli və ya qat-qat donlara üstünlük verməlisiniz.

Ayaq quruluşu nazik olan xanımlar bu tərzin həm uzun, həm də qısa versiyalarını sınaqdan keçirə bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm