Tale Bağırzadənin adamları Nardaranda qan tökdü: ölənlər var (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Tale Bağırzadənin adamları Nardaranda qan tökdü: ölənlər var (YENİLƏNİB)

Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Trend isə xəbər verir ki, bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralanan var.

T.Bağırzadənin saxlanıldığı bildirilir.

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ xəbəri yoxdur.

***

Son məlumata görə, ölən şəxs polis əməkdaşıdır. O, xəstəxanaya aparılanda yolda keçinib.

Digər məlumatlara görə, qarşıdurma zamanı bir neçə nəfər ölüb.

***

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov Trend-ə bildirib ki, Nardarandakı hadisələr nəticəsində yaralanan 3 nəfər xəstəxanaya daxil olub. Onların hər üçü kişidir. Xəstələrin vəziyyəti kafi qiymətləndirilir.

***

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirən polislərə dəstək verib.

“Report”un əldə etdiyi məlumata görə, BMCQMİ-nin əməkdaşları Nardarana polislərə atəş açıldıqdan sonra yollanıb.

BMCQMİ orada əməliyyata dəstək verib, bir neçə nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm