ASAN-ın Parisdə diplomatik uğurları - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

ASAN-ın Parisdə diplomatik uğurları - FOTOLAR

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nailiyyətləri Fransada ən böyük biznes federasiyası olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF International) baş qərargahında keçirilən seminarda təqdim olunub.

Publika.az xəbər verir ki, tədbir Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransa ofisi tərəfindən MEDEF International təşkilatı ilə birgə təşkil edilib və ASAN xidmətin iyun ayında BMT İctimai Xidmət Mükafatı ilə təltif olunmasından sonra keçirilib. Təhlükəsizlik sistemləri, texnologiya, infrastruktur və ictimai nəqliyyat sahəsində işləyən bir çox Fransa şirkətlərinin nümayəndələri tədbirdə iştirak ediblər.

MEDEF International, Fransa–Azərbaycan Biznes Şurasının Prezidenti Mari-Anj Döbon qeyd edib ki, ASAN xidmət kimi bir konsepsiynın Fransa kontekstində tədbiqi çox səmərəli olacaq: “Fransada ictimai xidmətlərin təqdim olunması regiondan asılıdır. Fransanın fiziki olaraq ərazisi böyükdür və əhalinin müəyyən hissələri uzaq ərazilərdə yerləşdiklərinə görə imkanları məhduddur. ASAN xidmət kimi bir konsepsiynın Fransa kontekstində tədbiqi çox səmərəli olacaqdır. ASAN xidmətin ictimai xitmətlərin göstərilməsinin hamıya səmərəli olması üçün mentalitetini dəyişmək potensialı vardır.”

Azərbaycanın Fransadaki Səfiri, cənab Elçin Əmirbəyov isə bildirib ki, bu tədbir məlumat mübadiləsi üçün vacib bir imkandır və bir həftə öncə Parisdə baş vermiş faciəvi hadisələrə baxmayaraq Fransa şirkətlərinin bir çox nümayəndələri burada iştirak edir. O, Azərbaycanın Fransa üçün çox vacib tərəfdaş olaraq qaldığını və MEDEF İnternational təkilatının baş qərargahında bu tədbirin keçirlməsinin bunun daha bir sübutu olduğunu deyib:

“Azərbaycan çox tez modernizasiya prosesi keçir və burada dəyişmək üçün böyük siyasi iradə vardır. Neft və qazla birlikdə ASAN Xidmət Azərbaycanın ixrac etdiyi daha bir məhsul olmaq üçün potensialı vardır və mən çox xoşbəxtəm ki, bu MEDEF International təşkilatının diqqət mərkəzzindədir. ASAN Brüsseldə Avropa Parlamenti və Britaniya parlamenti daxil olmaqla artıq Avropada təqdim olunmuşdur. Ən yaxşı təcrübə ilə bağlı məlumat mübadiləsi üçün bu çox gözəl imkandır və ASAN Avropada partnyorlarla əməkdaşlıq etmək niyyətindədir.”

AAC Fransa ofisinin Direktoru Marie-Laetitia Gourdin xidmətin xaricdə tətbiqi üçün nəhəng potensialın olduğunu bildirib:

“ASAN Xidmətin Azərbaycanda inkişaf etməsi böyük dəyişiklik təcrübəsi olmuşdur. Sovet İttifaqının süqutundan sonra ictimai xidmətlərin təqdim olunma sisteminə tamamilə yenidən baxmaq zəruri idi. ASAN Xidmətin əsas prinsipləri şəffaflıq və innovasiyadır və onun xaricdə tədbiqi üçün nəhəng potensialı vardır.”

Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxaql Əlaqələr Departamentinin Rəhbəri Azad Cəfərli çıxış edərək bildirib ki, bu gün ASAN xidmət təcrübəsini Fransa ilə bölüşmək üçün çox vacib fürsət yaranıb – Azərbaycan artıq bu sistemi digər keçmiş Sovet ölkələrinə, Afrika və Cənubi Amerika ölkələrinə ixrac etmə prosesindədir. Hazırda ölkəmizdə doqquz ASAN xidmət mərkəzinin olduğunu diqqətə çatdıran A. Cəfərli bunun Azərbaycanda ictimai xidmətin göstərilməsi üzrə milli mexanizm olduğunu bildirib. Qeyd edib ki, bu, 10 nazirlikdən 350 xidmət növü üzrə xidmətlərin göstərilməsi üçün vahid məkandır və başqa ölkələrdə olan sistemlərdən tamamilə fərqlənir:

“Ümumiyyətlə korrupsiyaya gətirə biləcək hər hansı neqativ şəraitin istisna edən səmərəli xidmət prosesi olduğuna görə burada korrupsiya tamamilə qeyri-mümkündür. ASAN Xidmət Mərkəzləri adlanan vahid məkanlar vasitəsilə ictimai və özəl xidmətlərin göstərilməsi üzrə məkanı təşkil etməklə ASAN Xidmət İctimai-Özəl Partnyorluq konsepsiyasını uğurla təbliğ edir. İşçilərin orta yaş həddi 25 yaşdır, belə ki, onların hamısının İT sahəsində bilikləri vardır. Hər mərkəz hər gün təqribən 2500 əməliyyat həyata keçirir və həftədə yeddi gün olmaqla səhər saat 10-dan axşam saat 8-ə qədər açıqdır. Görüşlər əvvəlcədən tətin edilə bilər, növbələr azaldılıb, və bir çox məsələlər yalnız bir dəfə mərkəzə gəlməklə həll oluna bilər”.

O həmçinin ASAN-ın beş əsas prinsipini diqqətə çatdırıb:

  • əlçatımlılıq – Azərbaycanda hər kəz ASAN Xidmətin təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün bərabər hüququ vardır.
  • hesabatlılıq – hər bir əməkdaş öz məsuliyyətini anlamalıdır – belə ki, istər exit pall terminalları istərsə də sosial mediadan istifadə etməklə müştəri rəyləri sistemi tədbiq olunmuşdur – ASAN Xidmətin Rəy səhifəsini hazırda 341 000 nəfər ‘bəyənmişdir’ – və peşəkarlığın maddi cəhətdən stimullaşdırılmasından əlavə fəaliyyət mütəmadi olaraq qiymətləndirilir.
  • operativlik – ən son texnologiyalardan istifadə göstərdiyimiz xidmətlərin operativ olmasını təmin edir. Məsələn, pasportun yenilənməsi yalnız bir günə həyata keçirilir. Hazırda, pasportun bir saat ərzində yenilənməsi üçün vasitələri araşdırırıq.
  • şəffaflıq – məlumatlar müxtəlif rabitə kanalları vasitəsi ilə açıq və şəffaf şəkildə təqdim olunur, belə ki, insanların keçməli olduqları proses və ödəniləcək dövlət rüsumları barədə aydın anlayışları olur.
  • innovasiya – ASAN hər zaman vətəndaşlarla ünsiyyətdədir, onların rəylərini yüksək dəyərlənidir və onların ideyalarını tədbiq etməyə çalışır. İnsanlar onlara zəif xidmət göstərildiyi hallarda hara şikayət edəcəklərini və ya hər ASAN Xidmət mərkəzində yerləşən ideyalar üzrə elektron bank vasitəsi ilə inkişaf üçün necə tövsiyyə verə biləcəklərini bilirlər.

A.Cəfərlinin sözlərinə görə, ASAN Xidmət Mərkəzləri artıq dövlət xidmətlərini göstərən bir yerdə yerləşən müəssisə deyil və bankla, sığorta və tibbi xidmətlər daxil olmaqla xidmətlərin ümumi mərkəzinə çevrilib. Bundan başqa, mobil ASAN Xidmət təşkil edilib ki, bu, yüksək texnologiyalarla təchiz edilmiş avrtobuslardan ibarətdir və bu avtobuslar vasitəsi ilə xidmətlər ölkənin əyalət ərazilərini də çatdırılır. Bu növ xidmət artıq 350 000 insana göstərilib. O, qeyd edib ki, biz, xidmətlər hər kəsin evinə də gələ bilər. Bunun üçün əlavə rüsum ödənilir, lakin, bunun hesabına, fiziki imkanları məhdud olan şəxslərə eyni xidmətlərin göstərilməsi maliyyələşir:

“Azərbayacan əhalisi 9.6 milyon təşkil edir, və yalnız iki il yarım ərzində biz təqribən 6 milyon adama xidmət göstərmişik və hər mərkəz gün ərzində təqribən 2500–3000 insana xidmət göstərir. Keçirdiyimiz sorğular xidmətlərimizdən 98 faiz məmnunluq göstərir. ASAN Xidmət ISO 9001:2008 sertifikatı əldə etmişdir, bu isə sistemin keyfiyyətinə təminat verir, və onun Britaniya Təhlukəsizlik Mükafatı da vardır. Azərbaycan Avropa Şurasının Nazirlər Şurasına rəhbərlik edəndə, ASAN Xidmət təqdim edilib və İnsan Hüquqları və Yaxşı İdarəetmənin əsas aspektini təcəssüm etdirən bir qurum kimi tərif edilib.”

Maraqla keçirilən sual-cavab sessiyası biometrik pasportlar və şəxsiyyət vəsiqələri və ASAN Xidmət Mərkəzlərinin verdiyi sənədlər arasında əlaqə, ASAN Xidmət Mərkəzlərində özəl biznes şirkətlərinin iştirakı imkanları, və məlumat təhlükəsizliyi kimi aspektləri əhatə etdi və şirkətlər arasında görüşlərlə davam edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm