Nə qədər yemək lazım olduğunu barmaqlarınızdan soruşun!
Bizi izləyin

Sağlamlıq

Nə qədər yemək lazım olduğunu barmaqlarınızdan soruşun!

Sağlam arıqlamağın sirri, əslində, barmaqlarınızda yazılıb.

Bu, istənilən pəhrizdən yaxşıdır! Arıqlamaq üçün sevdiyiniz yeməklərdən imtina etməyə ehtiyac qalmayacaq. Sağlam arıqlamağın sirri, əslində, barmaqlarınızda yazılıb.

Publika.az xəbər verir ki, “Guard Your Health” elmi jurnalında alimlər nə qədər yeməli olduğumuzu sübut edən bir sıra araşdırmalar dərc edib. Yeni araşdırmada böyük porsiyalarla yeməyi birdəfəlik tərgitmək təklif olunur.

Barmaqlara əsaslanan qidalanma prinsipi belədir:

Hər gün iki ovuc içi qədər tərəvəz yemək lazımdır.

Karbohidratların gündəlik norması (sıyıq, makaron məmulatları, düyü, çörək) yumruğun ön hissəsi qədərdir.

Barmaqları çıxmaq şərtilə, hər gün açıq ovuc içinin ölçüsündə ət yemək, sıxılmış yumruq qədər meyvə yemək lazımdır. Onlar gün ərzində orqanizmi möhkəm saxlamaq üçün məsuliyyət daşıyır. Kərə yağını isə gün ərzində ancaq şəhadət barmağının birinci xəttinə qədər yeməyə icazə verilir.

Pendir isə bir kibrit qutusu qədər yeyilməlidir. Pendirin qalınlığı barmaq qalınlığını keçməməlidir. Yer fıstığı əzməsi həvəskarısınızsa, o halda, yalnız iki baş barmağınızın ucu qədər istehlak edin.

Əslində, bu pəhrizə əməl etmək çox sadədir. Sadəcə, şəklə baxıb ərzaqların porsiyasını yadda saxlamaq lazımdır. Bu, nəinki bədəni tonusda saxlamaq üçün, həm də artıq yağ təbəqəsindən qurtulmaq üçün çox faydalıdır.

Qidalanma prinsipi sağlamlığa müsbət təsir göstərir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm