Bakıda qəza: Nazirliyə 5800 manat ziyan dəydi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza: Nazirliyə 5800 manat ziyan dəydi - FOTOLAR

Bu gün günorta saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvarı avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan “DAEWOO” markalı 10 TB 307 dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri-xətli dəmir tirlərə dəyib.

İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə isə 56 paqon-metr əyri-xətli dəmir tirlər və 1 ədəd yol nişanı sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib.Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm