Özcan Pehlivanoğlu: “Bundan sonra Türkiyə Rusiya ilə...”
Bizi izləyin

Nida.az

Özcan Pehlivanoğlu: “Bundan sonra Türkiyə Rusiya ilə...”

“Türkiyə ilə Rusiya arasında baş verənlər narahatedici məqamlardır”.


Bunu Publika.az-a açıqlamasında Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzinin (RUBASAM) rəhbəri, türkiyəli politoloq Özcan Pehlivanoğlu deyib.


O. Pehlivanoğlu nə olursa olsun, Rusiya, yaxud başqa bir ölkənin təyyarəsinin vurulmasını istəmədiklərini qeyd edib: “Dövlətlərarası münasibətlər dostluq və qarşılıqlı maraqlara hörmət çevrəsində olmalıdır. Mənim kimi Türkiyədə müxalifət partiyalarına mənsub şəxslər Davudoğlu hökumətinin xarici siyasətini qəbul etmir. Türkiyə xarici siyasətinin təməli Atatürk tərəfindən “Yurdda sülh, cihanda sülh” prinsipi ilə qoyulub. Bundan vaz keçmək lazım deyil. Bu baxımdan, Türkiyə Rusiya, ABŞ, İsrail, Çin və Avropa Birliyi ilə yaxşı münasibətlər qurmalıdır. Türkiyə problem yaradan yox, problemləri həll edən ölkə rolunu üzərinə götürməlidir. Çünki Türkiyənin sahib olduğu maddi və mənəvi güc ilə geostrateji coğrafiyada yerləşməsi bu rolu üzərinə götürməyə imkan verir”.


Türkiyəli politoloq hesab edir ki, Türkiyə-Rusiya münasibətləri yoluna qoyulmalıdır.


“Hər iki ölkənin tarixi əlaqələri bunu asanlıqla həll etməyə imkan verir. Xüsusilə, Türkiyə enerji koridoru olmaq imkanlarını gücləndirmək üçün bu baş verməlidir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm