Avroliqanın rəsmi sponsorunun nümayəndəsi “Neftçi”nin bazasında olub
Bizi izləyin

İdman

Avroliqanın rəsmi sponsorunun nümayəndəsi “Neftçi”nin bazasında olub

Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan "Türk Hava Yolları" (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas bu gün "Neftçi"nin qonağı olub.

Publika.az xəbər verir ki, klubun inzibati binasında baş tutmuş görüşdə icraçı direktor Elnur Məmmədov və Seyfullah İlyas gələcək əməkdaşlıq planlarından danışıblar. Görüşün sonunda türkiyəli qonağa "Neftçi"nin forması hədiyyə edilib. Seyfullah İlyas öz növbəsində üzərində "Türk Hava Yolları" (THY) şirkətinin adı yazılmış simvolik hədiyyəni kluba təqdim edib.

İspaniyanın "Barselona", İngiltərənin "Mançester Yunayted", Ukraynanın "Şaxtyor" kimi məşhur klublarına sponsorluq etmiş "Türk Hava Yolları" şirkəti, hazırda Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Marsel" kimi məşhur klubları ilə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" və "Trabzonspor"la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm