Nazirlik dərmanlarla bağlı vətəndaşlara müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik dərmanlarla bağlı vətəndaşlara müraciət etdi

İqtisadiyyat və Sənaye Nazirliyi qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələri ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir.

Nazirlik vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm