Ərdoğan Putinə cavab verdi: “Bu gün baş verərsə, yenidən...” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan Putinə cavab verdi: “Bu gün baş verərsə, yenidən...” - VİDEO

“Rusiya ilə Suriya mövzusunda razılaşmamağımız başqa, sərhədlərimizin pozulması isə başqa bir məsələdir. Eyni pozuntu bu gün yenidən baş versə, yenə eyni şeyi edərik”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin təhdidlərinə cavab verərkən deyib. Ərdoğan deyib ki, Türkiyə heç kimdən üzr istəyən deyil. Çünki Türkiyənin sərhədləri pozulmasına cavab verib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hadisənin təkrarlanacağı halda ölkəsinin cavab verəcəyini bildirib. Ərdoğanın sözlərinə görə, Rusiya təyyarələri sərhədi pozacağı halda Türkiyə yenə eyni cavabı vermək məcburiyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm