Baş nazir oğlunu CANLI EFİRDƏ döydü – VİDEO
Bizi izləyin

Dünya

Baş nazir oğlunu CANLI EFİRDƏ döydü – VİDEO

İspaniyanın baş naziri Mariano Raxoy “Cope” radiostansiyasının canlı efirində oğlunun boynunun ardından şillə vurub.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, hadisə Çempionlar Liqasının “Şaxtyor” – “Real Madrid” oyununun şərh edilməsi zamanı baş verib. Baş nazir verilişin aparıcısı Pako Qonsaleslə bir yerdə matçı şərh edirmiş.

İdman jurnalisti kimi debüt edən baş nazir 10 yaşlı oğlu Xuanı da özü ilə götürüb. Aparıcı veriliş zamanı Xuandan məşhur idman aparıcısı Manolo Lamanın işinə necə münasibət bəslədiyini soruşub. Uşağın cavabı gözlənilməz olub: “Daha yaxşı ola bilərdi. Açığı, əməlli-başlı zibildir”.

Onun bu cavabı studiyadakıların, o cümlədən atasının gülüşünə səbəb olsa da, baş nazir özünü toplayaraq onun sözünü kəsib və hətta boynunun ardından da vurub.

Kərim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm