Putin şərtini açıqladı: “Türkiyəni bir şərtlə...”
Bizi izləyin

Dünya

Putin şərtini açıqladı: “Türkiyəni bir şərtlə...”

“Rusiya Türkiyədən SU-24 təyyarəsinin vurulmasına görə üzr istəməyi, günahkarların cəzalandırılması və zərərin kompensasiyasını gözləyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin yeni səfirlərin etimadnamələrin qəbulu üçün keçirilən mərasimdə deyib.

“Türkiyə indiyə qədər yüksək səviyyədə üzr istəməyib, zərərə görə kompensasiyanın verilməsini təklif etməyib və günahkarları cəzalandırmağa söz verməyib. Təssürat yaranır ki, Türkiyə bu cür hərəkətlərlə Rusiya ilə münasibətləri şüurlu şəkildə gərginləşdirir. Biz buna təəssüf edirik”, - Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, Rusiya təyyarəsi Türkiyə hava məkanına daxil olduğu üçün vurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm