İŞİD-dən dəhşətli edam: 17 yaşlı gözəlçəni... - FOTO
Bizi izləyin

Dünya

İŞİD-dən dəhşətli edam: 17 yaşlı gözəlçəni... - FOTO

Bu ilin aprel ayında İŞİD terror təşkilatına qoşulan Avstriya vətəndaşları Samra Kesinovic (17) və Sabinə Selimovic (16) öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “The Local Avstriya” saytı bildirib.

Sabina döyüşdə həyatını itirib. Samra isə İŞİD-in paytaxtı hesab olunan Rakka şəhərindən qaçmaq istəyərkən tutulub və çəkiclə başı əzilərək öldürülüb. “The Local Avstriya” xəbərində Rakkada gənc qızlarla birlikdə yaşayan və daha sonra İŞİD-dən qaça bilən tunisli qadına istinad edib. Xəbərdə tunisli qadının kimiliyi isə açıqlanmayıb.

Qeyd edək ki, qızların İŞİD-ə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyanadakı evlərindən qaçması dünya mətbuatının gündəminə düşmüşdü. Samra və Sabinanın əvvəl Ankaraya, daha sonra da Adanaya getdiyi müəyyənləşdirilmiş, ancaq təhlükəsizlik gücləri burada onların izlərini itirmişdi.

Gənc qızlar daha sonra sosial şəbəkələrdə Rakkada “Kalaşnikov” avtomat silahları ilə çəkdirdiyi fotoşəkilləri paylaşmışdı. İŞİD-in təbliğat məqsədi ilə istifadə etdiyi qızların Suriyada necə yaşadığı və niyə qaçmağa çalışdığı məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm