İşləmədən gündə 73 min qazanıb – FOTOLAR
Bizi izləyin

Magazin2

İşləmədən gündə 73 min qazanıb – FOTOLAR

“Billboard” jurnalı Adeli İngiltərənin ən zəngin müğənnisi elan edib.

Publika.az xəbər verir ki, müğənni sadəcə 3 gündə 2.3 milyon satılan “25” adlı yeni albomu sayəsində varlanıb.

Rekord qıran albomun 50 milyonunun satılacağı təxmin edilir.

Musiqi mütəxəssislərinin dediklərinə görə, bu, Adelin ən yaxın rəqibi olan “One direction” qrupunun satış rəqəmindən iki dəfə çoxdur.

Qeyd edək ki, Adel şəxsi münasibətlərinə vaxt ayırmaq üçün musiqi karyerasına 3 il fasilə vermişdi. O, həmin müddətdə daha öncə çıxardığı albomlar sayəsində, işləmədən gündə 46 min sterlinq (təxminən, 73 min manat) gəlir əldə etmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm