Putinin üzrxahlıq tələbinə Türkiyədən daha bir cavab
Bizi izləyin

Dünya

Putinin üzrxahlıq tələbinə Türkiyədən daha bir cavab

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlüd Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinin üzr tələbinə cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlunun sözlərinə görə, haqlı olduqları üçün üzr istəmək niyyətləri yoxdu.

“Hadisəyə görə kədərləndiyimizi bildirdik və bildirməyə də davam edirik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı söyləyib.

Qeyd edək ki, Putin Rusiyanın Türkiyədən SU-24 təyyarəsinin vurulmasına görə üzr istəməyi, günahkarların cəzalandırılması və zərərin kompensasiyasını gözlədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm