Diplomatik gərginlik: rus səfiri nazirliyə çağırıldı
Bizi izləyin

Dünya

Diplomatik gərginlik: rus səfiri nazirliyə çağırıldı

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, rus səfirə türk iş adamlarının Moskvada saxlanılması və Türkiyənin Moskvadakı səfirliyinə edilən hücumla əlaqədar etiraz çatdırılıb.

Xarici İşlər Nazirliyi son günlərdə Türkiyənin Rusiyadakı nümayəndəlikləri və türk şirkətlərinin etiraz nümayişləri adı altında fiziki hücumlara məruz qalmasından narahatlığını ifadə edib. Nazirlik Rusiyanın təhlükəsizlik orqanlarının əlavə təhlükəsizlik tədbirləri görməsini tələb edib.

Rusiyalı səfirə xarici nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının beynəlxalq hüquq uyğun olaraq ev sahibi ölkənin vəzifəsi olduğu xatırladılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm