Rusların altı həmləsi – yeddinci şok effekti yaradacaq - SİYAHI
Bizi izləyin

Dünya

Rusların altı həmləsi – yeddinci şok effekti yaradacaq - SİYAHI

SU-24 hərbi təyyarəsinin vurulmasından sonra Rusiyanın Türkiyəyə qarşı 6-cı həmləsi bu gün gəlib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Rusiya Türkiyədən qida məhsullarının idxalı üzərində nəzarətin gücləndirilməsi barədə təlimat verib.

Mütəxəssislər Rusiyanın Türkiyəyə birbaşa deyil, asimmetrik cavab verəcəyini bildirirlər. Rusiyanın indiyə kimi Türkiyəyə etdiyi həmlələr isə aşağıdakılardır.

1.”Türkiyəyə getməyin” çağırışı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə terror təhlükəsinin yüksək olduğunu bildirərək ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Lavrov Türkiyənin Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə olmadığını bildirib.

2. Aralıq dənizinin Suriya sahillərinə “Moskva” kreyseri və S-300 zenit-raket kompleksləri göndərildi. Rusiyanın SU-24 təyyarəsinin vurulduğu Suriyanın Şimal-qərb sahillərinə S-300 zenit-raket kompleksləri göndərildi. Bundan başqa Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hava bazasına əlavə olaraq S-400 zenit-raket komplekslərinin göndəriləcəyini açıqladı.

3.Türkiyə sərhədində hava əməliyyatları artırıldı. Təyyarənin vurulmasından sonra Rusiyanın Suriyadakı aviasiya qüvvələri Türkiyənin cənub sərhədlərində yerləşən türkman bölgəsində bombardmanları gücləndirdi. Rusiyanın Müdafiə Nazirliyi bombardmançı təyyarələrin “havadan-havaya” atəş açma qabiliyyətinə malik olan qırıcılar tərəfindən müşayiət olunacağını açıqladı.

4. Qondarma soyqırım parlamentdə. Rusiya Ədalət Partiyası “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

5. Ağ ət idxalı qadağan edildi. Rusiya Türkiyədən ağ ət idxalını dekabrın 1-dən dayandırır.

6.Türk məhsullarının idxalı üzərində nəzarətin gücləndirilməsi. Rusiya hökuməti Türkiyədən qida idxalı üzərində nəzarətin gücləndirilməsi barədə təlimat verib.

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun xarici siyasət direktoru Üfüq Ulutaş iki ölkə arasında gərginliyin daimi olmayacağını, amma Rusiyanın məlum hadisəni cavabsız qoymayacağını düşünür.

“Vladimir Putin ölkəni güc və xarizması ilə idarə edən bir liderdir. Rusiya təyyarəsinin vurulması isə onun xarizmasını ciddi şəkildə zədələyə bilər. Rusiya rəhbərliyinin öz ictimaiyyətini nəzərə alaraq sərt açıqlamalar verməsi və bir sıra addımlar atması təbiidir”, - Ulutaş deyib.

Ulutaşa görə, Rusiya Türkiyəyə qarşı həmlələrdən biri də Rusiya PKK ilə əlaqələr yaratması, yaxud da PYD ilə olan əlaqələri daha da gücləndirməsi ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm