Onlar niyə düşmən oldu? – Rusiya-Türkiyə qarşıdurmasının XRONOLOGİYASI
Bizi izləyin

Dünya

Onlar niyə düşmən oldu? – Rusiya-Türkiyə qarşıdurmasının XRONOLOGİYASI

Türkiyənin F-16 qırıcısının noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurması bir anda dünya gündəminin bir nömrəli mövzusuna çevrildi. NATO-nun 66 illik tarixində ilk hadisə idi ki, hərbi alyansa üzv ölkə Rusiyanın hərbi təyyarəsini vururdu. Əslində bu faktın özü hadisənin miqyasını açıq şəkildə göstərirdi.

Suriyada Bəşər Əsəd rejiminə dəstək verərək sentyabrın 30-da bu ölkədə hava hücumlarına başlayan Rusiyanın təyyarələri dəfələrlə Türkiyənin hava məkanını pozmuşdu. Bu baxımdan da SU-24 təyyarəsinin vurulması bəlkə də gözlənilən idi. Rus təyyarələrin sərhəd pozuntusu dəfələrlə Türkiyə tərəfindən dilə gətirilmiş və rəsmi Moskva xəbərdar edilmişdi. Sadəcə olaraq, türkman bolgəsinin rus bombardmançıları tərəfindən vurulması Ankaranın əsəblərini partlayış nöqtəsinə gətirdi.

Publika.az Türkiyə mediasına istinadən Ankara və Moskva arasındakı gərginliyin xronologiyasını təqdim edir.

30 sentyabr: Suriyanın Lazikiye şəhərində yerləşdirilən Rusiya aviasiyası Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin əlindəki Xama və Xüms vilayətlərini vurmağa başladı.

2 oktyabr: Türkiyənin baş naziri Əhməd Davutoğlu Rusiyanın Suriya müxalifətini məhv etmək və Bəşər Əsəd rejimini gücləndirmək üçün Azad Suriya Ordusunu şüurlu şəkildə vuduğunu söylədi.

3 oktyabr: Rus qırıcıları Hatay vilayətində Türkiyə hava məkanını iki dəfə pozdu. Türkiyə havaya iki F-16 qırıcısını qaldırdı. Ankara növbəti pozuntu hallarına görə Rusiyanın məsuliyyət daşıyacağını açıqladı.

5 oktyabr: NATO Türkiyə hava məkanının pozulmasından sonra təcili toplandı və “məsuliyyətsiz davranış”a görə Rusiyanı qınadı. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Xarici İşlər Nazirliyinə çağırıldı.

8 oktyabr: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya xəbərdarlıq edərək bildirdi ki, Türkiyəni hava məkanının pozulmasının davam etməsi ölkələr arasındakı ticarət əlaqələrinə zərər verə bilər.

15 oktyabr: Rusiya Hərbi Hava Qüvvələrinin komandirinin köməkçisi general Sergey Dronov Ankaraya gəldi. Xarici İşlər Nazirliyinin məsləhətçisi Əli Kamal Aydın Rusiya təyyarələrinin 3-10 oktyabr arasında Türkiyə təyyarələrinə 13 dəfə təhlükəli şəkildə yaxınlaşdığını açıqladı.

16 oktyabr: Suriya-Türkiyə sərhədində kimə məxsus olduğu bilinməyən pilotsuz uçuş aparatı vuruldu. Pentaqon səlahiyyətlisi Suriyadan Türkiyə hava məkanına daxil olan aparatın türk qırıcıları tərəfindən vurulduğunu açıqladı.

16 oktyabr: Rusiya mediası Suriyanın şimalında fəaliyyət göstərən PYD-nin (PKK terror təşkilatının Suriya qolu) Moskvada nümayəndəlik açacağını yazdı. Türkiyə bunun sərt reaksiya ilə qarşılanacağı açıqladı.

20 noyabr: Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Lazikiyenin şimalında yerləşən türkman kəndlərinə hücumlarının ciddi nəticələr doğura biləcəyini açıqladı. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Xarici İşlər Nazirliyinə çağırıldı.

22 noyabr: Türkiyə Rusiyanın İraqa göndərmək istədiyi Mi-28 vertolyotlarının öz hava məkanı üzərindən göndərilməsinə icazə vermədi. Rusiya vertolyotları İranın hava məkanı üzərindən göndərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm