Putin təlimat verdi – Rusiyadan Türkiyəyə daha bir sanksiya – VİDEO
Bizi izləyin

Dünya

Putin təlimat verdi – Rusiyadan Türkiyəyə daha bir sanksiya – VİDEO

Türkiyənin F-16 qırıcısı tərəfindən Rusiyanın SU-24 təyyarəsinin vurulmasından sonra ölkələr arasında gərginləşən münasibətlər idmandan da yan keçməyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Futbol Federasiyasının rəhbəri İqor Lebedev rus futbol klublarının yanvar ayında Türkiyədə keçirməyi planlaşdırdığı təlim-məşq toplantılarının ləğv edildiyini açıqlayıb.

Rusiyanın ali futbol qurumu qərarı prezident Vladimir Putinin təlimatından sonra verib.

Qeyd edək ki, Türkiyənin turist məkanlarından biri olan Antalyaya ildə təxminən 2500 klub gəlir. Bunların təxminən yarısı Rusiyanındır. Rusiya klubları həm tez-tez gəldikləri, həm də daha uzun müddət qaldıqları üçün Antalyanın turizm gəlirlərinin təxminən 75 faizini təmin edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm