Qoroskop
Astroloji proqnoz - 27 noyabr
Qoç - Bu gün ulduzlar sizə hər şeydə yardım edəcəklər. Gününüzü nəyə həsr etsəniz, sizi uğur müşayiət edəcək. Sizin üçün çoxdan maraq kəsb edən adamla görüş təyin etmək olar: bu gün onun yanında ən yaxşı təəssüratlar oyadacaqsınız. Pul gəliri, dəyərli hədiyyətər mümkündür. Uğurlu bazarlıq da istisna deyil. Yeni və adət etmədiyiniz nə iləsə məşğul olmaqdan qorxmayın: yeni təəssüratlar, yəqin ki, xoşagələn olacaq.
Buğa - Çox əlverişli gündür. Ondan ciddi, vacib
və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan
alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə
bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən
asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək.
Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq
lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə
məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Əkizlər - bir qədər gözləmək lazımdır: yeni
başlanğıclar, cəsur eksperimentlər və yaradıcıq axtarışları üçün
əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi
darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin.
İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların
hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis
hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun
narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss
edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün
mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Xərçəng - əgər peşə sahəsində uğura nail olmaq
istəyirsinizsə, daha çox inad və qətiyyət nümayiş etdirin. Bu
keyfiyyətlər olmadan lazım olan uğuru əldə etmək olmaz. Ciddi
rəqabətdə iştirak etməli olacaqsınız. Bu mübarizədə yalnız
hiyləgərlik sayəsində qalib gəlməyin mümkünlüyü istisna deyil.
Əlverişsiz maliyyə mənzərəsi ilə qarşılaşacaqsınız. Bu gün
gözlədiyinizdən daha çox pul xərcləməli olacaqsınız. Sevdiyiniz
insan sizdən diqqət və dəstək gözləyir, amma ümid etdiyiniz
anlayışı göztərmir. İncikliklərdən yayınmağınız mümkündür. Amma
münasibətlər kifayət qədər gərgin olacaq.
Şir - sizi çox çətin gün gözləyir. Yalnız öz
gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim
onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət
qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi
hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər
gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin
olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar
mümkündür.
Qız - Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı. Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər, ümumiyyətlə, bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.
Tərəzi - uğursuzluqlar vaxtı gəldi. Bu
işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə
düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç
kim tələsməyəck. Nədənsə hamıya elə gəlir ki, siz probelmlərin
öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq.
Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi
baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir.
Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Əqrəb - bu gün diqqəti şəxsi işlərinizə
yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və
boş şeylərə görə təngə gətirəcəklər. Bir çox Əqrəblər çoxdandır
əməkdaşlıq etdikləri insanlarla küsüşəcəklər. Çünki üst-üstə
yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik
baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş
etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır,
sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən
baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Oxatan - Lazımsız əlaqələri kəsməyin,
irəliləməyə mane olanlarla vidalaşmağın vaxtı çatıb. Bu gün belə
qərarları qəbul etmək və həyata keçirmək başqa günlərlə müqayisədə
daha asandır. Baxmayaraq ki, bəzən şübhələr hələ də üstün
gəlir.
Maliyyə çətinlikləri mümkündür. Xərclər gözlənildiyindən daha artıq
ola bilər. Planlaşdırılmamış bazarlıqlar, gözlənilməz xərclər tələb
edən təkliflərlə razılaşmaq məsləhət deyil. Sağlamlaşdırıcı
prosedurlardan keçməyə dəyər. Onlar effektlidir və nasazlıqlardan
yayınmağa gömək edirlər.
Oğlaq - Əvvəllər başladığınız işləri sakitcə başa çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa imkan verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son qoymaq olar. Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən adamla üz-üzə gəlməli olacaqsınız.
Dolça - qəribə işdir: çaşqınlıq içərisindəsiniz
və nə etmək lazım olduğunu bilmirsiniz. Bu vəziyyət sizin üçün
diskomfort yaradır və çətin ki uzun sürə. Ehtiyatlı hərəkət etməyə
çalışın, lüzumsuz risklərdən uzaq durun. Nə qədər çox ənənələrə
əməl etsəniz, özünüzü bir o qədər az təhlükə altında
qoyursunuz.
Yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Siz problemləri
müzakirə etməyə yox, onları gizlətməyə çalışırsınız. Bu, çox
konstruktiv olmasa da, sizə sakitlik hissi bəxş edir.
Balıqlar - tənbəlliyə qalib gəlməyi bacaran və
hərəkətə keçən adamlar böyük üstünlük əldə edəcəklər: əksər
hallarda onların kiminləsə mübarizə, rəqabət aparmasına ehtiyac
qalmayacaq.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye