“Facebook”da 250 dollara satılan uşaq
Bizi izləyin

Dünya

“Facebook”da 250 dollara satılan uşaq

Boliviyada iki qadın insan alverində ittiham olunaraq həbs edilib.

Publika.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, onlar 1,5 aylıq körpəni 250 dollara satmaqda ittiham olunurlar.

Cinayətkarlar alqı-satqını həyata keçirmək üçün “Facebook” sosial şəbəkəsindən istifadə ediblər. Bunun üçün şəbəkədə “uşaq satılır” elanı da yerləşdirilib.

Uşağın anası fahişəliklə məşğul olurmuş. 32 yaşlı qadın körpənin atasının kim olduğunu bilmirmiş və pul qazanmaq istəyirmiş. Uşağı isə 18 yaşlı gənc qız alıb. O, sevgilisini geri qaytarmaq üçün körpəni onların ümumi uşağı kimi qələmə verməyə hazırlaşırmış. Amma “ata” baş verənlər barədə polisə xəbər verib.

Kərim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm