Türkan Şoray keçmiş həyat yoldaşı ilə - FOTOLAR
Bizi izləyin

Magazin2

Türkan Şoray keçmiş həyat yoldaşı ilə - FOTOLAR

Ötən gün Türkiyədə Türkan Şorayın resjissorluğu ilə çəkilən “Uzaklarda arama” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Türkan Şoray və qızı Yağmur Ünal başda olmaqla, filmin bütün çəkiliş heyəti, o cümlədən, keçmiş həyat yoldaşı Cihan Ünal da iştirak edib.

Maraqla gözlənilən nümayişdən sonra film dəvətlilər tərəfindən alqışla qarşılanıb, Türkan Şoray isə gül yağışına tutulub.

Filmdə rol alan “Yeşilçam”ın əfsanəvi aktyoru Əşrəf Qolçaq səhnəyə çıxaraq Türkan Şorayı təbrik edib.

Daha sonra çıxış edən Türkan Şoray qalada iştirak edən hər kəsə minnətdarlığını bildirib:

“Filmin bəyənilməsinə çox məmnun oldum. Bu axşam özümü imtahandakı kimi hiss edirdim. Səmimi alqışlarınızdan başa düşdüm ki, bu imtahandan yaxşı keçdik".

Qalada iştirak edənlər arasında Şoray keçmiş həyat yoldaşı Cihan Ünal, İrmak Ünal-Emre Karabacak, Nazan Şoray, Nəbahat Çöhrə, Bülənd Eczaçıbaşı, Əmrə Eczaçıbaşı, Nilgün Belgün, Nəvra Serezli, Nükhət Duru, Nuri Alço və.s məşhur simalar iştirak ediblər.

Cihan Ünal qızı Yağmurun və keçmiş həyat yoldaşı Türkan Şorayın bu film üzərində çox çalışdığını söyləyib.

Filmin qalasından sonra çəkiliş heyəti uğurlarını qeyd etmək üçün başqa bir məkana yollanıb və səhər açılana qədər orada əyləniblər.

Türkan Şorayın keçmiş həyat yoldaşı Cihan Ünal onu həmin gecə tək qoymayıb. Onlar əyləndikləri məkanı səhərə yaxın mühafizəçilərlə birlikdə tərk ediblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm