Modelimiz gözəllik yarışmasında - FOTOLAR
Bizi izləyin

Magazin1

Modelimiz gözəllik yarışmasında - FOTOLAR

Bu gün Tayvanda “Charity Queen of One Power International 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.

Publika.az xəbər verir ki, müsabiqədə dünyanın 70-dən çox ölkəsindən modellər iştirak edir.

Adıçəkilən müsabiqədə ölkəmizi 19 yaşlı model Günel Şirəliyeva təmsil edəcək. O, 7 gündür Çinin Pekin şəhərində yarışmaya hazırlıq keçir.

Qeyd edək ki, bu, modelimizin iştirak etdiyi ikinci dünya müsabiqəsidir. Daha əvvəl o, avqust ayında İzmirdə keçirilən “Miss Exclusive” beynəlxalq model müsabiqəsinin finalçısı olmuşdu.

Müsabiqənin milli geyim gecəsində modelyer dizayner Xəyalə Hüseynovanın kolleksiyasından geyim nümayiş olunacaq.

Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm