Çeçenlərdən ŞOK BƏYANAT: “Ərdoğanın əmrini gözləyirik!”
Bizi izləyin

Dünya

Çeçenlərdən ŞOK BƏYANAT: “Ərdoğanın əmrini gözləyirik!”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə haqqında verdiyi açıqlamalarına Çeçen İçkerya Respublikası Qurtuluş Cəbhəsindən cavab gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çeçen İçkerya Respublikası Qurtuluş Cəbhəsinin yaydığı yazılı açıqlamada hər zaman Türkiyənin yanında olduqlarını bəyan edilib.

“Çeçen mücahidlər Türkiyə prezidenti və dünya müsəlman xalqlarının lideri Rəcəb Tayyib Ərdoğandan əmr gözləyirlər. Çeçen xalqı hər zaman müsəlmanların yanındadır. Kadırov bu açıqlaması ilə müsəlmanlara xəyanətini və Putinə bağlılığını yenidən ifadə edib. Çeçen xalqı çətin günlərində Türkiyənin yardımları, uzatdığı qardaş əlini və çeçen qaçqınlarına sahib çıxmasını unutmayıb. Ramzan Kadırov, həmçinin onu Çeçenistan və Türkiyədə dəstəkləyənlər çeçen xalqını təmsil etmirlər. Çeçen xalqı Türkiyə və Bayır Bucak türkman bölgəsində döyüşən türkman qardaşlarımızın yanındadır. Baş verən sonuncu hadisədə Türkiyə tamamilə haqlıdır”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Ramzan Kadırov noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsini vuran Türkiyəni hədələyib. Kadırov Türkiyənin uzun müddət peşman olacağını söyləyib. “Heç şübhəm yoxdur ki, Türkiyə Rusiya təyyarəsini vurduğu üçün uzun müddət peşman olacaq”, - çeçen lideri deyib.

Kadırov şəxsən özü və bütün çeçen xalqının Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazır olduğunu bildirib: “Bizdə bunun üçün iradə, güc, qətiyyət və minlərlə könüllü var. Biz həmişə əmr gözləyirik!”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm