Nazirlik işə qarışdı, 2 milyon manat qaytarıldı - MAAŞLAR
Bizi izləyin

Qırmızı.az

Nazirlik işə qarışdı, 2 milyon manat qaytarıldı - MAAŞLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının gecikdirilmiş əməkhaqlarının ödənilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a verilən məlumata görə, 2 noyabr 2015-ci il tarixdə DƏMX-ə etdikləri müraciətə əsasən, qeyd olunan Səhmdar Cəmiyyətin işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb. Araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əməkhaqlarının ödənilməsinin cari ilin may ayından, yəni, uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əməkhaqqı borcunun yarandığı müəyyən edilib.

İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əməkhaqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib, yaranmış narazılıq aradan qaldırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm