Nardaranda öldürülən polislər: Biri Avropa, o biri dünya çempionu - FOTO
Bizi izləyin

İdman

Nardaranda öldürülən polislər: Biri Avropa, o biri dünya çempionu - FOTO

Dünən Nardaranda ekstremistlərə qarşı həyata keçirilmiş xüsusi əməliyyat zamanı öldürülən bütün şəxslərin adları məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, həlak olan polis əməkdaşları Vüqar Əyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir.

Publika.az xəbər verir ki, Polis əməkdaşı İsmayıl Tağıyev idman ictimaiyyətinə tanış sima idi. Belə ki, 38 yaşlı İ.Tağıyev sabiq ağır atlet, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı olub. O, 2012-ci il Lənkəran Olimpiya Kompleksində keçirilən veteran ağır atletlər arasında Avropa çempionatında 105 kq çəki dərəcəsində qızıl medal qazanmışdı. Ailəli idi. İki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl dünyaya gəlmişdi.

Digər polis əməkdaşı Vüqar Nəsibov isə vaxtilə uşu-sanda idman növü üzrə dünya çempionu olub. O, 2012-ci ildə İtaliyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Allah rəhmət eləsin!

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm