Ərdoğan şərtini açıqladı: “Sübut etsə, istefa verəcəyəm!”
Bizi izləyin

Dünya

Ərdoğan şərtini açıqladı: “Sübut etsə, istefa verəcəyəm!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İŞİD terror təşkilatından neft aldığını iddia edən Rusiya prezidenti Vladimir Putin qarşısında şərt qoyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident “France 24” kanalına müsahibəsində Rusiya prezidentini səsləndirdiyi iddianı sübut etməyə çağırıb.

Ərdoğan iddianın sübut edildiyi anda postunu tərk edəcəyini bildirib.

“Sübut edə bilməyəcəyi halda bu böhtanı atanlar tutduqları vəzifələri buraxa biləcəklərmi? Biz namusumuzla yaşayırıq və namusumuzla yaşamağa davam edəcəyik”, - Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Hadisədən sonra ölkələr arasındakı münasibətlər “soyuq müharibə” həddinə çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm