Telman İsmayılov ev bağışladı, xalq artistinin əlindən aldılar - FOTO
Bizi izləyin

Magazin2

Telman İsmayılov ev bağışladı, xalq artistinin əlindən aldılar - FOTO

Azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyanın xalq artisti Nikolay Baskova hədiyyə etdiyi villa əlindən alınıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xalq artisti Türkiyədə “Mardan Palace”ın yaxınlığında yerləşən villanın geri alınması xəbərini təsdiqləyib:


“Üç il bundan əvvəl mənə Telman İsmayılov villa bağışlamışdı. “Mardan Palace”ın yaxınlığında yerləşirdi. Bir müddət əvvəl otel satıldı. Odur ki, villa artıq mənim deyil”.

Qeyd edək ki, iş adamı villanı xalq artistinə doğum günü münasibətilə hədiyyə etmişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm